12 
avq
2023
21:18
295

Astarada bir müddət əvvəl ürək əməliyyatı keçirmiş kişi çimərlikdə ölüb

12 avq, 2023
21:18
295

Astarada bir müddət əvvəl ürək əməliyyatı keçirmiş kişi çimərlikdə ölüb - FOTO

Astarada 63 yaşlı kişi çimərlikdə ölüb.

“Den.az” Reporta istinadən xəbər verir ki, hadisə Astara rayonunun Şahağacı kəndi ərazisindəki çimərlikdə baş verib.


Belə ki, 1960-cı il təvəllüdlü Masallı rayonu, Ərkivan qəsəbə sakini Məhərrəm Cəmil oğlu Əliyev sahil zolağında dincələrkən qəfildən halı pisləşib. Ətrafdakılar ona yardım etməyə çalışsalar da, həyatını xilas edə bilməyiblər.
Yaxınlarının sözlərinə görə, C.Əliyev bir qədər əvvəl ürək əməliyyatı olunubmuş.
Meyit müayinə olunmaq üçün təcili yardım avtomobili ilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar