12 
avq
2023
23:43
255

ECOWAS parlamenti Nigerə nümayəndə heyəti göndərir

12 avq, 2023
23:43
255

ECOWAS parlamenti Nigerə nümayəndə heyəti göndərir - FOTO

Qərbi Afrika İqtisadi Birliyinin Parlamenti (ECOWAS) üsyançılarla danışıqlar aparmaq üçün Nigerə nümayəndə heyəti göndərmək niyyətindədir.

"Den.az" xəbər verir ki, bu barədə “Reuters” parlamentin nümayəndəsinə istinadən məlumat yayıb.
Belə ki, ECOWAS-ın bir qrup müzakirəçisi Niger prezidenti Məhəmməd Bazumu devirən üsyançıların liderləri ilə görüşməyi planlaşdırır.


Bundan əvvəl AFP xəbər verib ki, Nigeriya dini liderlərindən ibarət nümayəndə heyəti Niameyə (Nigerin paytaxtı) vasitəçilik missiyası ilə səfər edib.


Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı mühafizəçiləri tərəfindən saxlanılıblar. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edilib və sərhədlər bağlanıb.("Report")

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar