14 
avq
2023
01:38
173
Yuxarı
“Fənərbağça” mövsümə qələbə ilə başladı
14 avq, 2023
01:38
173
“Fənərbağça” mövsümə qələbə ilə başladı - FOTO
Türkiyə Super Liqasının ilk turunda “Fənərbağça” “Qaziantep”i qəbul edib.
"Den.az" xəbər verir ki, kadıköylülər bosniyalı hücumçu Edin Cekonun 3 və 18-ci dəqiqələrdə vurduğu qollar sayəsində qələbə qazanıblar.
Qarşılaşmanın 23-cü dəqiqəsində qonaqların rumıniyalı yarımmüdafiəçisi Aleksandru Maksim qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Birinci hissənin əlavə edilmiş dəqiqələrində “qırmızı-qaralar” hesabdakı fərqi minimuma endirsələr də, bundan artığına gücləri çatmayıb.
Beləliklə, matç “Fənərbağça”nın 2:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, növbəti turda “Fənərbağça” “Yılport Samsunspor”a qarşı səfər matçına çıxacaq, “Qaziantep” isə “Sivasspor”u qəbul edəcək.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar