Xəbərin Kateqoriyası: Maraqli məlumatlar

Dul insanlar daha tez ölür


Amerikanın Rays Universitetinin alimləri dul insanların niyə erkən öldüyünü araşdırıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, depressiya orqanizmdə müəyyən dəyişikliklərə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.


Mütəxəssislər araşdırma çərçivəsində 3 ay müddətində yaxınlarını itirmiş 99 nəfəri müayinə ediblər. Könüllülərdən itkini necə yaşadıqları soruşulub. Araşdırmaçılar depressiyanın müəyyən edilməsi üçün qan analizləri də götürülüb.

Müəyyən olunub ki, həyat yoldaşının ölümündən çox təsirlənən şəxslərdə qanda iltihablaşdırıcı proteinlər - sitokinlər FN-γ, IL-6 və TNF-α-nın səviyyəsi yüksək olub.

Alimlərin sözlərinə görə, bu araşdırmanın nəticələri bir daha sübut edir ki, dul qalmış insanlar daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkir.


скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız