15 
avq
2023
10:00
135

XİN Dağıstanda baş vermiş partlayışla bağlı başsağlığı verdi

15 avq, 2023
10:00
135

XİN Dağıstanda baş vermiş partlayışla bağlı başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində baş vermiş partlayışla əlaqədar başsağlığı verib.

Den.az xəbər verir ki, bu barədə XİN “Twitter“də paylaşım edib.

“Dağıstanın Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxlu sayda insanın xəsarət alması xəbəri bizi dərindən kədərləndirir.

Bu faciədə yaxınlarını itirən ailələrə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – XİN qeyd edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar