15 
avq
2023
11:39
146

Qəzada ölüm xəbəri yayılan Zaur İskəndərov danışdı: "Elə bilsinlər ki, mən də ölmüşəm"

15 avq, 2023
11:39
146

Qəzada ölüm xəbəri yayılan Zaur İskəndərov danışdı: "Elə bilsinlər ki, mən də ölmüşəm"

Nicat Şakirlinin qolunu itirdiyi qəzada adı hallanan Zaur İskəndərov Baku TV-yə açıqlama verib.

Den.az xəbər verir ki, bloger qəza zamanı hər hansı xəsarət almasını təkzib edib:


"Mən 10 saata yaxındır burdayam. Qoy, elə bilsinlər ki, mən də ölmüşəm. Nicatı mən xəstəxanada görmüşəm. Uzaqdan gördüm, yaxına gedə bilmədim. Son məlumat budur ki, vəziyyəti qənaətbəxşdir və çətin də olsa danışır. Qolu amputasiya olunub. Bir də burnunda qırığı var.

Qəza zamanı avtomobili Nicatın özü idarə edib. Yanında rəhmətə gedən dostumuz Ruslan idi.
Telefonlar cibimdədir və heç kimə cavab vermirəm. Çünki indi o halda deyiləm. Yalan məlumatlar həmişə olub. Xahiş edirəm ki, heç kim dezinformasiya yaymasın. Kimsə dəqiq görmək istəyirsə gəlib məni burada görə bilər".

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar