15 
avq
2023
16:35
356

İstanbul polisi Rusiya səfirinin qətli ilə bağlı mühüm şəxsi ələ keçirib

15 avq, 2023
16:35
356

İstanbul polisi Rusiya səfirinin qətli ilə bağlı mühüm şəxsi ələ keçirib

İstanbul polisi Rusiya səfiri Andrey Karlovun qətl işi ilə bağlı mühüm şəxsi ələ keçirib.

Den.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Saxlanılan şəxsin evində aparılan axtarışlar zamanı ona məxsus mobil telefon, 2 ədəd danışıq kartı, danışıq kartı qurğusu və yaddaş kartının götürüldüyü bildirilib. Tutulan şəxs karlovun öldürülməsində ittiham olunan şəxslərdən birinin arvadıdır.Qeyd edək ki, Andrey Karlov 2016-cı ilin 19 dekabrında Ankarada "Rusiya - Kalininqraddan Kamçatkaya qədər səyyahın gözü ilə" fotosərgisinin açılışında çıxış edərkən Mövlud Mərd Altundaş tərəfindən öldürülüb. Altundaş dərhal zərərsizləşdirilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar