15 
avq
2023
16:43
122

Astaranın Alaşa kəndi ərazisində yerləşən Əlişah qalasında tədqiqat işləri aparılacaq

15 avq, 2023
16:43
122

Astaranın Alaşa kəndi ərazisində yerləşən Əlişah qalasında tədqiqat işləri aparılacaq

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunun “Arxeoloji abidələrin toplusu” şöbəsinin əməkdaşları Azərbaycanın cənub bölgəsində olub, monitorinq aparıblar.

Den.az-ın yerli bürosunun verdiyi məlumata görə​ monitorinq Astara rayonu Alaşa kəndində yerləşən, orta əsrlərə aid hesab olan Əlişah qalasına baxış keçiriblər. Kəndin və qalanın adlandırılması Əli Şah adlı hökmdarla bağlıdır. Qala strateji cəhətdən çox əlverişli mövqedə tikilib. Abidənin divarları bişmiş kərpiclərlə hörülüb. Bundan əlavə rayon ərazisində Ərçivan kəndi ərazisində olan​ daş qutu qəbirlər aşkar edilib.

Qrup üzvü Baloğlan Xudadadovun sözlərinə görə qalanın tapılması təsadüf nəticəsində baş verib. Belə ki, Astara – Bakı magistral yolunun çəkilişi üçün yol üçün xammal aparılmalı idi. Həmin xammalı götürəndə qala ərazisi siyahıya düşüb. Kənd ziyalılarının məsələyə qarışması nəticəsində ərazidən xammal daşınmasının qarşısı alınıb.

AMEA Arxeolojiya və Etnoqrafiya İnstitutunun​ tarif ​ üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev qalanın el arasında “Divəkə” qalası olduğunu deyir: 

“Qalaya baxış keçiriləndə strateji baxımdan əlverişli bir yerdə tikilib. Hal – hazırda biz İranla sərhəddəyik gördüyünüz kimi və buradan ətrafı və şimal tərəfi də müşahidə etmək olur. Çünki dənizə hər hansı bir hücum olarsa bu gözətçi məntəqəsinə burdan aydın görsənir. Qalanın ətrafı yaxşı sal daşları üzərində tikilmiş divarlarla qorunur. Qalada otaqlar mövcuddur ki, otaqların bir qismi zindan xarakteri daşıyıb. Otaqlar arasında keçid olub. Müəyyən mənbələrdə qeyd olunur ki, 1990 – cı illərdə Sovet Ordusu hərbiçiləri müntəzəm olaraq təlimlər keçiriblər. Qala, təlim vaxtı dağıntılara məruz qalınıb”.

Monitorinq qrupunun üzvləri, yaxın vaxtlarda qalada geniş bir təqiqat işlərinə başlamağı nəzərdə tutub.

Qeyd edək ki, elmi ezamiyyətin əsas məqsədi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin əməkdaşları ilə birgə, yeni qeydə alınmış abidələrə baxış, abidələrin hal-hazırda olan vəziyyətinin yoxlanılması, həmçinin dövrlərinin və GPRS koordinatlarının təyin edilməsi olub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar