15 
avq
2023
20:30
166

Yaponiyada qasırğa həyatı iflic etdi - Xəsarət alanlar var

15 avq, 2023
20:30
166

Yaponiyada qasırğa həyatı iflic etdi - Xəsarət alanlar var

Yaponiyanın mərkəzi və qərbində güclü küləklər, eləcə də leysan yağışlarla təsirini göstərən Lan tayfunu nəticəsində 20 nəfər xəsarət alıb. 

Den.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi ölkənin Honsyu bölgəsindəki Kii yarımadasına çatan tayfunun ölkənin şərq və şimalında Hokkaydoya doğru istiqamətlənəcəyini bildirib.

Çaylar daşıb, binalara ziyan dəyib, tayfun nəticəsində nəqliyyatın hərəkəti iflic olub.

Qasırğanın vurduğu ərazilərdə yerli bələdiyyələr 230 mindən çox sakinə daha təhlükəsiz binalarda sığınacaq axtarmaları barədə xəbərdarlıq edib.





Bizimlə əlaqə saxlayın

Çox oxunanlar