16 
avq
2023
15:26
212

18 yaşlı oğlan qonşusunu faciəvi şəkildə ÖLDÜRDÜ

16 avq, 2023
15:26
212

18 yaşlı oğlan qonşusunu faciəvi şəkildə ÖLDÜRDÜ

Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib.
 
Den.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
 
Bildirilib ki, avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1969-cu il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
 


Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Quliyev Elnur Şahid oğlu könüllü polisə gələrək təslim olub.
 
Hadisə şəxsi münasibətlər zəminində olub, onlar qonşu olublar.
 
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar