16 
avq
2023
17:06
134

Bu gün Laçın yolu ilə bağlı səs verəcək 15 ölkə - SİYAHI

16 avq, 2023
17:06
134

Bu gün Laçın yolu ilə bağlı səs verəcək 15 ölkə - SİYAHI

Xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtı ilə 23:00-da Qarabağdakı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Den.az Publika.az-a istinadən xəbər verir ki, iclas Ermənistanın “Qarabağdakı vəziyyətlə bağlı” tələbilə çağırılıb.

İclasda BMT TŞ-nin 5 daimi üzvü - ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya ilə yanaşı, 10 qeyri-daimi üzvü - Albaniya, Braziliya, Qabon, Qana, Birləşmiş Ərəb Əmirlikləri, Niger, Norveç, Sent-Vinsent və Qrenada, Tunis və Estoniya da iştirak edəcək.

Qeyd edək ki, bu ölkələrdən Qabon, Qana, BƏƏ, Niger, Sent-Vinsent və Qrenada və Tunis həmçinin Qoşulmama Hərəkatının üzvləridir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar