16 
avq
2023
19:11
337

"İşimdi deyib insanlığımızı itirməyək" - Tanınmış jurnalistdən SƏRT REAKSİYA

16 avq, 2023
19:11
337

"İşimdi deyib insanlığımızı itirməyək" - Tanınmış jurnalistdən SƏRT REAKSİYA

"Hər kəs Sumqayıtda məktəbli qızın 7 nəfər tərəfindən zorlanmasından yazır. Saytlar da sanki bir-biriləri ilə yarışa giriblər. Xəbəri kim daha tez verəcək deyə yarışırlar. Amma qızı düşünən yoxdur".

Den.az xəbər verir ki, bu fikirləri tanınmış telejurnalist Nizami Rəsulov öz FACEBOOK hesabında yazıb. O daha sonra fikirlərini belə davam etdirib: "Qızın sabahkı gününü, həyatını, yaşamının necə olacağını fikirləşən heç yoxdur. Ümumiyyətlə, bu tip xəbərlərin yayımlanmasına qarşıyam. Əziz həmkarlar ən azından insan öz doğmasını həmin azyaşlı qızın yerinə qoymalı və bir anlıq düşünməlidir. Bu qız sabah intihara cəhd etsə, vicdan əzabi çəkməyəcəksiz?"
 
"Son günlər baş verənlərdən həqiqətən şokdayam. İnsanlıq niyə öldü? Biz bu cür deyildik axı...  Onsuz da hüquq mühafizə orqanları öz işini görür. Cinayətdə şübhəli bilinənlər layiqli cəzalarını alacaqlar. Biz isə işimdi deyib, insanlığımızı itirməyək...", jurnalist fikirlərini tamamlayıb.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar