Xəbərin Kateqoriyası: Maraqli məlumatlar

Rusiyalı ulduzlar niyə kütləvi şəkildə Azərbaycana gəlirlər?


Yeni il bayramında Azərbaycan yalnız sadə rusiyalılar üçün deyil, həmçinin, Rusiyadan olan məşhurlar üçün də cazibə mərkəzinə çevrilib. “Rusiya bu gün” proqramının məşhur teleaparıcısı və baş direktoru Dmitriy Kiselyov və teleaparcı Tatyana Arno istirahət üçün dəbdə olan kurortları seçiblər.

Den.Az “Moskva-Bakı”ya istinadən xəbər verir ki, D.Kiselyov ailəsi ilə birlikdə Şahdağ dağ xizəyi kurortuna səfər edib.

O, müsahibəsində nəyə görə qış istirahəti üçün məhz Azərbaycanı seçdiyini deyib və 40 illik dağ xizəyi ilə məşğul olan biri kimi Şahdağın onun üçün əsl kəşf olduğunu etiraf edib.

“Mən 1975-ci ildən dağ xizəyi ilə məşğulam. İsveçrədə, Fransada, Andorrada, Karpat dağlarında olmuşam. Lakin Şahdağ indiyə qədər gördüklərimin arasında ən yaxşısıdır. Möhtəşəm yamaclar, qaldırıcılar, gözəl heyət, xoşməramlı, çox isti münasibət!”, - deyə D.Kiselyov bildirib.

Teleaparıcı bildirib ki, bir neçə il əvvəl onun ailəsi Şahdağda olub, lakin o zaman o özü gələ bilməyib və yalnız ailə üzvlərinin xoş təəssüratlarını eşitməklə kifayətlənib. Ona görə də 2019-cu ilin əvvəlində onun bütün ailəsi yenidən Azərbaycana, dağ zirvələrini fəth etməyə yollanıb. O və uşaqları xizəkdə, həyat yoldaşı isə snoubordda əyləniblər. Qış tətilinin qalan iki gününü isə ailə Bakıda keçirib.

Tanınmış teleaparıcı T.Arno Yeni ilə düzgün həyat tərzi ilə başlayacağına qərar verib. Yanvarın ilk günlərində o, Bakıya gəlib və oradan dəbdə olan “Chenopalace” sağlamlıq detoks-kurortu yerləşən Qəbələyə yollanıb. Bu kurorta ağır çəkidən qurtulmaq istəyən bir çox rusiyalı ulduz baş çəkib.

T.Arnonun detoks proqramı Qəbələ mərkəzinin həkimlərinin və mütəxəssislərinin nəzarəti altında keçib. Teleaparıcı etiraf edib ki, prosedurlar nahaq yerə keçməyib və o, dörd kiloqram çəki atıb. T.Arno təmiz hava və Azərbaycan təbiətinin mənzərələrindən zövq alıb, Qəbələni İsveçrə ilə müqayisə edib.   

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız