17 
avq
2023
15:24
266

Füzuliyə qayıdış başlayır - Tarix AÇIQLANDI

17 avq, 2023
15:24
266

Füzuliyə qayıdış başlayır - Tarix AÇIQLANDI

Füzuli şəhərinə qayıdış prosesi sabah başlayır. 

Den.az xəbər verir ki, 90 nəfərdən ibarət 23 ailə avqustun 18-də Füzuliyə köç edəcək.


İlkin mərhələdə 144 ailə köçürüləcək.

Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar