27 
may
2023
00:43
242

Ucarda sakinlər nəyə görə arzu və istəklərinin reallaşması üçün pirlərə, ziyarətgahlara üz tuturlar?

27 may, 2023
00:43
242

Ucarda sakinlər nəyə görə arzu və istəklərinin reallaşması üçün pirlərə, ziyarətgahlara üz tuturlar?

İnsanlar nəyə görə arzu və istəklərinin reallaşması üçün pirlərə, ziyarətgahlara üz tuturlar?
DEN.AZ xəbər verir ki, günümüzdə elm texnalogiya nə qədər inkişaf etsədə bəzi insanlar hələdə öz istəklərini bir ağaca parça bağlamaqla və ya pirlərə getməklə həyata keçirməyə cəhd edirlər.Belə pirlərdən biridə Ucar rayonunun Qulabənd kəndində yerləşən "Çillə xanım piri"dir.İnsanlar ildə bir dəfə şəfa tapmaq məqsədi ilə pirə axın edirlər. Ziyarətçilərin sözlərinə görə, İl boyu cəmi 1 gün, axır çərşənbədə fəaliyyət göstərən pirə, ölkənin bir çox rayon və şəhərlərindən səhər saatlarından başlayaraq axşama kimi minlərlə insan gəlir. Niyyət edən şəxslər arzu və istəklərinin məhz "Çillə xanım piri"ndə reallaşacağına inanırlar. Onlar ötən ilki istəklərinin bu il reallaşdığını əsas gətirərək pirə, pul, xırda buynuzlu heyvan, şirniyyat, növbə-nov kökələr, bəzəkli xonçalar, Azərbaycanın milli yeməklərindən-plov, dolma, bozbaş və sair gətirirlər. Bir nəfər şəxs ərazidən torpağı götürərək su ilə qarışdırır və nəticədə pirin simvolu olan palçıq əmələ gəlir. Ziyarətə gələn hər bir şəxsin alnına barmaqla həmin xüsusi məhluldan sürtülür. insanların alnına sürtülən məhlul gərək ərazidən çıxarkən təmiz, axar su ilə yuyula. Palçıqlanmış insan bu vəziyyətdə evə gedə bilməz. Əgər gedərsə onun çox böyük fəsadları ola bilər deyə sakinlər qeyd etdilər.Deyimə görə, "Çillə xanım piri"nin yaranma tarixi uzaq keçmişə təsadüf edir. Bəzi pir ziyarətçilərinin dediyinə görə, əsirlər bundan əvvəl Qulabənd kənd sakini heyvanı itirib. Bacı-qardaş birlikdə heyvanı axtarmağa gedib. kolluq bir ərazidə, indiki "Çillə xanım piri" adlanan ərazidə qız qeyb olub və onun paltarının bir hissəsi kola ilişərək ərazidə qalıb.Bəzi insanlar isə deyirlər ki, 3 bacı olub. Bacılardan birini, 9 yaşlı Çillə adlı qızı məhz indiki pirin yerində yer aralanır və hansısa səbəbdən onu udub. Elə o vaxtlardanda ərazi müqəddəs yer hesab olunur. Amma pirə pənah gətirən şəxslərin heç biri burada yığılan vəsaitin və nəzirlərin nəyə məsrəf olunmasından xəbərsizdirlər.Pirin fəaliyyətindən razı olan şəxslərlə yanaşı narazı olanlarda var. Narazı şəxslər bildirdilər ki, əslində əraziyə nəzir qutusu qoyulmalıdır. Yığılan vəsait kənd məscidinə verilməli və oradanda bölüşdürülməlidir. Amma vəsait xüsusi şəxslərin cibinə gedir.Çəkiliş apardığımız vaxtda pirdə çox böyük izdehamın şahidi olduq. Kimi heyvan kəsir, kimi şam yandırır, kimi nəvə və yaxud övladlarının dünyaya gəlməsini arzu edərək lentlərdən yürük düzəldib üstünə çöplər düzür, kimisi nəzir paylayır, kimisi isə xınayaxdı mərasimi keçirir. Bir sözlə hər kəs pirin inanılmaz gücünün hesabına arzuların reallaşacağına inanaraq var gücü ilə çalışır.Ucar sakini Lətifə xanım xəstə uşağına şəfa diləmək məqsədi ilə pirə gəldiyini deyir.Göyçay rayon sakini Ulduzə xanım isə pirə niyyət etdikdən sonra nəvəsinin dünyaya gəlişi münasibəti ilə 7 xonsa bəzəyib "Çillə xanım piri"nə gəldiyini deyir.Palçıq yaxma işinə baxan Siyabanı Mirzəliyeva deyir ki, buradan götürdüyüm torpaqdan kimyə düzəldilir və mütləqdirki pirə gələnlər bundan alınlarına sürtsünlər. Pirdən bir dənədə olsa konfet belə götürülməlidir. Götürülməsə bu isbata keçmir. Yəni arzuların heç vaxt reallaşmayacaq.Digər pir ziyarətçisi Rəfail Səfərəliyev deyir ki arzularıma çatmaqdan ötrü bütün öyliyaları gəzirəm.Ziyarətçi Zahidə Səfaralıyeva ölkədə gələn ilin axır çərşənbə gününə kimi əminamanlıq, sülh olmasını arzulayaraq pirə gəldiyini deyir və inanır ki, pirə niyyət edirsə arzuları çin olacaq.











DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar