avq
2023
12:50
205

Sabah dəhşətli isti olacaq - HAVA PROQNOZU

7 avq, 2023
12:50
205

Sabah dəhşətli isti olacaq - HAVA PROQNOZU

Avqustun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Den.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 33-38° isti olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar