iyl
2023
14:12
231

Vəkillər Kollegiyası Elçin Sadıqovla bağlı MƏLUMAT YAYDI

8 iyl, 2023
14:12
231

Vəkillər Kollegiyası Elçin Sadıqovla bağlı MƏLUMAT YAYDI

Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkil Elçin Sadıqovun və digər 2 vəkilin peşə fəaliyyətlərini həyata keçirərkən yol verdikləri intizam pozuntularında Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan, onlar barəsində Vəkillərin İntizam Komissiyasının müvafiq rəyləri nəzərə alınmaqla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 8-ci bəndinə əsasən məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək fəaliyyətlərinin dayandırılması barədə qərarlar qəbul olunub.

Den.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

Vəkillərin İntizam Komissiyasının fəaliyyəti “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqda” Xartiya və “Avropa vəkillərinin davranış Kodeksi” də daxil olmaqla, yerli qanunvericiliyə və beynalxalq təcrübəyə uyğun təşkil olunmuşdur. Belə ki, 2017-ci ildə Rəyasət Heyətində seçkilər və dəyişiklikdən sonra “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) davranış qaydaları əsasında hazırlanıb:

“Daha sonra, Beynəlxalq Hüquqşünaslar Komissiyası (ICJ) və CCBE-nin əlavə təklifləri də nəzərə alınmaqla, Vəkillərin ümumi yığıncağında (konfransı) bu Əsasnaməyə müvafiq dəyişikliklər edilib. Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə ilə bağlı məsələ məhkəmə qərarı əsasında həll edildiyindən, həmçinin vəkillərin işgüzar nüfuzunu nəzərə alaraq fəaliyyətləri dayandırılaraq barələrində məhkəməyə müraciət edilməsi ilə bağlı qərar qəbul olunmuş vəkillərin kimliyi barədə məlumatlar Kollegiya tərəfindən, bir qayda olaraq açıqlanmır”.
Vəkil Elçin Sadıqovla bağlı məlumatlar isə artıq onun özü tərəfindən ictimailəşdirildiyindən, Kollegiya bu məsələ ilə əlaqədar aşağıdakıları qeyd edir:

yönəlir ki, bu da öz növbəsində etik qaydada olan məsuliyyətin cinayət, yaxud digər məsuliyyətlərə təsir edəcək bir gücdə olmaması deməkdir. Odur ki, barəsində intizam icraatı aparılan vəkillə bağlı hansısa qurum tərəfindən cinayət işinin aparılması, hətta sözügedən cinayət işi araşdırılan intizam işində olan əməllərlə bağlı olsa belə, intizam icraatının araşdırılmasına, rəy verilməsinə və həmin rəyə əsasən onun barəsində VK RH tərəfindən müvafiq qərar qəbul edilməsinə maneə deyildir və qeyd olunanlar heç bir halda vəkilin peşə məsuliyyətinə cəlb olunmasını istisna edən halı təşkil etmir.
Vəkil Elçin Sadıqovun göstərilən xüsusatları yaxşı bildiyi halda cəmiyyətə və KİV-də Vəkillər Kollegiyasının qanunla tənzimlənən fəaliyyəti olan intizam icraatının güya əsassız və qanunsuz aparılması barədə tamamilə yanlış, qərəzli və əsassız fikirlər bildirməsi təəssüf hissi doğurur. Ehtimal olunur ki, Elçin Sadıqov bunu özünü müdafiə etmək və cəmiyyətdə onun “təqib qurbanı” obrazının formalaşması məqsədilə etmişdir.
Həmçinin, bəzi kütləvi informasiya vasitələrində vəkil Elçin Sadıqovun bəyanatına istinadən Eynulla Fətullayevin məsələ ilə bağlı maraqlı olmayan şəxs kimi çıxış etməsi və bu səbəbdən Vəkillər Kollegiyasının həmin müraciəti araşdırmaqdan imtina etməli olması ilə əlaqədar yazılar dərc olunmuşdur. Bunlara münasibətdə bildirmək istərdik ki, əvvəla, Rəyasət Heyətinin vəkil Elçin Sadıqov barəsində intizam icraatının başlanılması və araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi barədə müvafiq qərarı mövcuddur. Digər tərəfdən, hər bir fiziki və hüquqi şəxs onlarla birbaşa əlaqəli olmasa belə, vəkillərin peşə fəaliyyəti və peşə fəaliyyətindən kənar davranışlarında yol verdikləri pozuntu halları ilə bağlı Rəyasət Heyətinə müraciət etmək hüququna malikdirlər. Vəkillər Kollegiyasının təcrübəsində də indiyədək belə qəbildən olan müraciətlərin araşdırılaraq müvafiq qərarların qəbul edilməsi halları olmuşdur.
Bunlardan başqa, vəkil Elçin Sadıqov İntizam Komissiyasının və Rəyasət Heyətinin iclaslarında iştirak etməsi üçün dəfələrlə lazımı qaydada məlumatlandırılmışdır. Amma buna baxmayaraq o, heç bir iclasda iştirak etməmişdir. Xüsusilə vurğulamaq istərdik ki, İntizam Komissiyasının müvafiq iclası ilə bağlı bildirişin mətni Elçin Sadıqov tərəfindən sosial şəbəkədə dərc edilmişdir. Bu da onun lazımi qaydada məlumatlandırıldığını və iclaslar barədə məlumatlı olmasını bir daha təsdiq edir.
Habelə, bildirmək istərdik ki, VKRH-nin sözügedən qərarı ilə vəkil E.Ə.Sadıqova 06.07.2023-cü il tarixinədək hüquqi yardımın göstərilməsi haqqında bağladığı müqavilələrdə qeyd edilən instansiyalarda icraatında olan bütün işləri yekunlaşdırmağa icazə verilmişdir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bir daha bildirir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna görə vəkilin Kollegiya üzvlüyünə xitam verilməsi ölkədaxili məhkəmənin araşdırmasına və səlahiyyətinə daxildir. Bu səbəbdən hər bir maraqlı şəxs tərəfindən məsələ ilə bağlı məlumatlar paylaşılarkən dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan və təhrif olunmuş xəbərlərin yayılmasından çəkinilməlidir”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar