Meqan Marklın geyim tərzi hər kəsi heyrət edir-FOTO » Den.Az | Gündəlik Yenilikləri Bizimlə İzləyin


Xəbərin Kateqoriyası: Moda & Dəb

Meqan Marklın geyim tərzi hər kəsi heyrət edir-FOTO

Meqan Marklın son çıxışları modapərəstləri və moda tənqidçilərini heyrətə salıb.

Den.az publika.az-a istinadən xəbər verir ki, Sassekskya hersoginyasının solğun-çəhrayı qolsuz paltar-plaşını hər kəs bəyənib. Ekspertlər bildirib ki, Meqanın “Dior”dan olan ayaqqabıları, “Mulberry” imzalı klatçı və “Birks”dən seçdiyi bir neçə bəzək əşyaları obrazını qüsursuz şəkildə tamamlayıb.

Bəs Harrinin həyat yoldaşının düşünülmüş ideal dəstlərini kim hazırlayır, onun qarderobuna kim cavabdehlik daşıyır?

Bu yaxınlara qədər bu sualın cavabını heç kim bilmirdi, çünki hersoginyanın yanında həqiqətən də rəsmi stilisti yoxdur. Məlum olub ki, Meqan Markl obrazlarını yaxın rəfiqəsi Cessika Malruniyə tam etibar edir və onun zövqünə inanır. Meqan onunla uzun illərdir ki, dostluq edir.

Nelson Mandelaya həsr olunmuş sərginin açılış üçün Meqan paltar seçimində də kömək üçün məhz Cessikaya müraciət edib. Üstəlik, bundan bir qədər əvvəl Meqan və Harri İrlandiyaya səfər etməzdən əvvəl Cessika rəfiqəsinə geyimin seçimində yardım etmək üçün bir neçə həftə öncədən Londona gizli gəlib.

Rəfiqəsi hersoginya ilə əməkdaşlığını nümayiş etdirmir. Onun əvəzinə bunu başqaları edir. Sən demə, Meqanı “House of Nonie” Kanada brendi ilə Cessika tanış edib. Brendin dizayneri Nina Hareyin sözlərinə görə, Cessika onun köhnə müştərisidir, üstəgəl o, Kanada dizaynerlərini daim dəstəkləyir.

Malruni artıq birinci dəfə deyil ki, təntənəli tədbirlər üçün geyim seçimində rəfiqəsinə köməklik göstərir. Təəccüblü deyil, axı çoxdan top-stilist kimi işləyir. Kanadada Malruni ümumiyyətlə, çox məşhurdur. O, ölkənin keçmiş baş nazirinin həyat yoldaşıdır. Şəxsən təşkil etdiyi Harrinin Meqan toy mərasiminə də o, əri və uşaqları ilə birlikdə qatılıb.

Meqan stilistlə Torontoda "Fövqəladə Vəziyyətlər" serialı çəkilərkən tanış olub. İşgüzar münasibətlər tezliklə möhkəm dostluğa çevrilib. İndi onlar arasında minlərlə kilometr mane olmur ki, Cessika əziz rəfiqəsinə yardım etsin.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız