27 
iyl
2023
10:43
1 038

Sumqayıtda məhşur şirkətin direktoruna hücum olub,xəsarət alanlar var-ANBAAN VİDEO

27 iyl, 2023
10:43
1 038

Sumqayıtda məhşur şirkətin direktoruna hücum olub,xəsarət alanlar var-ANBAAN VİDEO

Avtomobil təmiri sexində işləyən malyar ustası, tanınmış şirkət sahibinə hücum edib.
Den.az” xəbər verir ki, hadisə Bakı Quba Yolunun 20-ci km-də  vətəndaş Mahir Abdullayevə məxsus  “MSİ MMC” qeyri yaşayış yerində, yəni TIR parkında baş verib.

Belə ki, həmin ərazidə fəaliyyət göstərən avtomobil sexlərinin birində malyar ustası işləyən 39 yaşlı Elton Qurbanov, “GOLD LOGİSTİCS MMC”-nin  direktoru Malik Vəliyevin ofisinə gələrək, əvvəlcə onunla mübahisə edib. Sonra qəfil ona və ətrafdakı insanlara hücum çəkib. Nəticədə, Elton Qorbanov əlindəki stulu şirkət sahibinə və yanında olan digər şəxslərə çırpıb. Malik Vəliyev , oğlu Əjdər Əzizli və Əliyar İxtiyarov aldığı ağır zərbələrdən yerə yıxılıb. Dava zamanı Əliyar İxtiyarov bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Hadisənin anbaan görüntülər hətta ofisin təhlükəsizlik kamerasına da düşüb.

Davaya səbəb kimi, “GOLD LOGİSTİCS MMC”-nin  direktoru Malik Vəliyevə məxsus avtomobil sexində Elton Qurbanova işləmək üçün icazənin verilməməsi göstərilir.
Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsnin 5-ci polis bölməsinin əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlum olub ki, hadisəni törədən, Elton Qurbanov,  bir müddət əvvəl də böhtan xarakterli hərəkətlərinə görə Polisə dəvət olunubmuş. 
 Faktla bağlı araşdırma aparılır

Den.az


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar