13 
mar
2024
21:53
187

“Çalışacağıq ki, oyunun taleyini 90 dəqiqədə həll edək” - Qurban Qurbanov

13 mar, 2024
21:53
187

“Çalışacağıq ki, oyunun taleyini 90 dəqiqədə həll edək” - Qurban Qurbanov

“Çox vacib oyundur. Avropanın ən güclü komandalarından birinə qarşı oynayacağıq. Yenidən bu arenada mübarizə aparmaq xoşdur”.

“Den.az” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə Almaniya “Bayer”inə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis rəqibdən çəkinmədiklərini bildirib: “Hər bir komandada özünəinam hissi olur. Sabah biz də bu cür meydana çıxacağıq.

Məqsədimiz sonadək meydanda mübarizə aparmaqdır. Əlbəttə ki, rəqibin son dövrlərdəki hazırlığı bizdən yaxşıdır. Ancaq futbolçularıma çox inanıram”.
O, zədəli olan Olavio Juninyonun son durumunun oyuna kimi dəqiqləşəcəyini söyləyib: “Juninyonun sabah oynayıb-oynamayacağı dəqiq bilinmir. Son dəfə də həkim nəzarətindən keçəcək”.

Q.Qurbanov “Bayer” kimi komandalara qarşı oynamağın özləri üçün böyük təcrübə olduğunu deyib: “Azərbaycanda futbol çox sevilir. Biz də bunları gördüyümüz zaman daha da motivasiyalı oluruq. Çalışacağıq ki, oyunun taleyini 90 dəqiqədə həll edək və əlavə vaxta ehtiyac qalmasın. Oyun sayı çoxdur, futbolçuların istirahət etməyə demək olar ki, vaxtı qalmır. Matçın 120 dəqiqə olması oyunçularımızın əleyhinə olacaq. Belə iddialı komandaya qarşı 90 dəqiqə ən yaxşı şəkildə mübarizə aparmalıyıq”.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matç 2:2 hesabı ilə başa çatıb. Cavab oyunu martın 14-də Leverkuzendə təşkil olunacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar