23 
iyn
2023
03:28
154

Macarıstan və Polşa Ukraynadan Aİ-yə taxıl tədarükü qadağasını uzatmağı təklif edib

23 iyn, 2023
03:28
154

Macarıstan və Polşa Ukraynadan Aİ-yə taxıl tədarükü qadağasını uzatmağı təklif edib - FOTO

Macarıstan və Polşa sentyabrın 15-dək qüvvədə olan Ukraynadan Aİ ölkələrinə taxıl tədarükünə qoyulan qadağanın uzadılmasının tərəfdarıdır.
"Den.az' APA-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad polşalı həmkarı Robert Telusla Varşavada danışıqlardan sonra bildirib.
O xatırladıb ki, bundan əvvəl Avropa Komissiyası sentyabrın ortalarına qədər Ukrayna taxıl və yağlı bitkilərin idxalına embarqo qoyub. Beş ölkənin - Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyanın birgə fəaliyyəti sayəsində Ukraynadan Aİ-yə buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının idxalı qadağan edilib. "İndi biz sərhədlərimizi və fermerlərimizi milli deyil, Aİ-nin birgə tədbirləri ilə qoruya bilərik. Lakin bu, sentyabrın 15-dək davam edəcək müvəqqəti vəziyyətdir", - Nağı Kənd Təsərrüfatı Nazirliyinin saytında bildirib.
Macarıstanlı nazirin sözlərinə görə, onlar polşalı həmkarı ilə qadağanın müddətinin uzadılmasını razılaşıblar.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar