24 
iyn
2023
11:58
221

İsmayıllıda DƏHŞƏT: Arvadı ölən kişi özünü bıçaqladı

24 iyn, 2023
11:58
221

İsmayıllıda DƏHŞƏT: Arvadı ölən kişi özünü bıçaqladı

İsmayıllı şəhər sakini, 1978-ci il təvəllüdlü Əliyeva Şəfa Eynulla qızı yüksək dərəcəli şəkər xəstəliyi səbəbindən komaya düşüb və təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Den.az-daxil olan məlumata görə, həkimlərin səyinə baxmayaraq Şəfa Əliyeva xəstəxanada dünyasını dəyişib.

Bundan sonra onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Əliyev Pərviz Nəsir oğlu qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun bıçaqla özünə xəsarət yetirdiyi bildirilir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar