iyl
2023
11:30
274

Qazinin çənəsini sındıran idmançının məhkəməsi başlayır

7 iyl, 2023
11:30
274

Qazinin çənəsini sındıran idmançının məhkəməsi başlayır

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Namiq Babayevə vəzifəsinin icrası zamanı xəsarət yetirməkdə təqsirləndirilən Rəvan Nəbizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Den.az-ın E-huquq.az-a istinadən məlumatına görə, iş baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb.

Qeyd edək ki, Namiq Babayev və Rəvan Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. Namiq Babayev 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar