iyl
2023
16:07
203

Qaradağda qanunsuz tikinti dayandırıldı - FOTOLAR

8 iyl, 2023
16:07
203

Qaradağda qanunsuz tikinti dayandırıldı - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində müntəzəm olaraq tikintilərə ciddi nəzarət olunur və bu məqsədilə monitorinqlərin mütəmadi aparılır.

Den.az xəbər verir ki, Lökbatan qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları ərazidə monitorinq aparılarkən həmin ərazidə qanunsuz tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Aparılan tikinti işləri dərhal dayandırılmış və 06-07 iyul 2023-cü il tarixində müəyyən hissəsi sökülmüşdür.

Belə ki, sözügedən ərazidə aparılan 3 fərdi yaşayış evinin tikintisi dayandırılmış,   5 ədəd tamamlanmamış fərdi yaşayış evi, 1 qaraj, 1 maşın sexi tamamilə sökülmüşdür. Hasara alınmış 6 ədəd sahədə söküntü işləri aparılaraq torpaq sahəsi boşaldılmışdır.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonun gözəlliyini qoruyub saxlamaq məqsədi ilə ərazidə mütəmadi monitorinqlər keçirilir.
Vətəndaşları xəbərdar edirik ki, keçirilən monitorinq zamanı sakinlər tərəfindən zəbt edilən torpaq sahələri, qeyri-qanuni inşa edilmiş tikililər aşkar edilən kimi müvafiq tədbirlər görüləcəkdir.

Bundan əlavə sakinləri Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən iməcliklərdə iştirak etməyə dəvət edirik. İməcliklərdə yabanı halda bitmiş otlar təmizlənir, əkilmiş yaşıllaqlara aqrotexniki qulluq göstərilir və atılmış məişət tullantıları yığılır.
  • Qaradağda qanunsuz tikinti dayandırıldı - FOTOLAR

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar