30 
iyl
2023
21:48
195

Bekhemlərlə kral ailəsi arasında mübahisə

30 iyl, 2023
21:48
195

Bekhemlərlə kral ailəsi arasında mübahisə

Britaniyanın aristokrat ailələrindən hesab edilən Devid və Viktoriya Bekhemlər müntəzəm olaraq Bukingem Sarayına, o cümlədən mühüm mükafatlandırma gecələrinə dəvət olunurlar.

Den.az xəbər verir ki, ingilis mediası cütlüyün kral ailəsi ilə münasibətlərinin pisləşdiyini yazıb. Gizli mənbənin açıqlamasında qeyd edilib ki, kral ailəsinin üzvləri ilə Bekhemlər arasında telefon danışığı olub.

Şahzadə Harri və xanımı Meqan Markl ailədə baş verən xəbərləri Bekhemlərin kənara sızdırdığını iddia edib. Onlar deyiblər ki, özlərinin, kral ailəsinin digər üzvlərinin həyatlarının eksklüziv təfərrüatlarını mətbuata sızdırırlar.

İnsayderin dediyi kimi, Devid bu cür hücumlardan qəzəblənib və tərəflər arasında barışıq gözlənilmir:

"Bu, başa düşüləndir, ittihamlar daha ciddidir. Açığı, tamamilə əsassızdır: görkəmli dizaynerin və bir futbol klubunun sahibinin boş vaxtlarında jurnalistlərlə dedi-qoduları müzakirə etdiyini təsəvvür etmək çətindir".

Qeyd edək ki, Devid Harri ilə uzun illər yaxın dost olub. O, hətta Harri ailəsi ilə mübahisə yaşayanda ona dəstək olmuşdu. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar