avq
2023
12:36
250

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov kimdir? - FOTO

8 avq, 2023
12:36
250

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib.

Den.az xəbər verir ki, Fazil Qasımov əslən Kəlbəcər rayonundandır. İxtisasca iqtisadçı olan Fazil Qasımov Niderlandda Tilburg Universitetində təhsil alıb. O, həmçinin 2019-cu ildən Türkiyə Cümhuriyyətinin İstanbul Universitetinin doktorantıdır. Qasımovun Türkiyədə yaşamaq izni olduğu da bildirilir.

Qeyd edək ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.




Bizimlə əlaqə saxlayın

Çox oxunanlar