25 
may
2023
18:14
206

Türkiyədə azarkeşlər qadın futbolçulara hücum etdilər - Foto

25 may, 2023
18:14
206

Türkiyədə azarkeşlər qadın futbolçulara hücum etdilər - Foto

Türkiyə Qadınlar 2-ci Liqasının B qrupunda keçirilən “Bornova Hitap Spor” - “Konyaaltı Genclikspor” matçından sonra insident baş verib.

Meydan sahiblərinin azarkeşləri komandalarının 3:0 hesablı qələbə qazandığı qarşılaşmanın final fitinin ardınca meydana çıxıblar. Bu zaman fanatlar rəqib komandanın futbolçuları və texniki heyətinə hücum ediblər. Onları vuran azarkeşlər bir neçə nəfərə xəsarət yetiriblər. Hətta futbolçulardan birinin ürəyi gedib.

Yalnız polislərin müdaxiləsindən sonra azarkeşlərin qarşısını kəsmək mümkün olub. “Konyaaltı Genclikspor” üzvləri hüquq-mühafizə orqanlarının müşayiəti altında stadionun ərazisini tərk ediblər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar