22 
iyn
2023
17:52
202

Bakıdakı çimərliklərə avtobuslar işləyəcək - MARŞRUTLAR

22 iyn, 2023
17:52
202

Bakıdakı çimərliklərə avtobuslar işləyəcək - MARŞRUTLAR

Bakı Nəqliyyat Agentliyi 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemlərini çimərlik ərazilərinə qədər uzadıb.

Den.az xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Məlumata görə, 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Türkan çimərliyinə qədər, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Buzovna çimərliyinə qədər, 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran çimərliyinə qədər, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Pirşağı çimərliyinə qədər, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti isə Zirə çimərliyinə qədər təşkil edilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar