23 
iyn
2023
16:24
176

İlham Əliyev: "Bu gün Azərbaycan heç kimdən asılı deyil və olmayacaq"-FOTO

23 iyn, 2023
16:24
176

İlham Əliyev: "Bu gün Azərbaycan heç kimdən asılı deyil və olmayacaq"-FOTO

Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir.

Den.az xəbər verir ki, bu sözləri iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib.

Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmadığını, hər bir təxribata layiqli cavab verildiyini söyləyən dövlətimizin başçısı qeyd edib: “Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar