26 
may
2023
13:50
209

Qaz borularına niyə hava vurulur? — “Azəriqaz” səbəbini AÇIQLADI

26 may, 2023
13:50
209

Qaz borularına niyə hava vurulur? — “Azəriqaz” səbəbini AÇIQLADI

“Ötən gün sosial şəbəkələrdə qaz borusuna hava vurulması ilə bağlı görüntülər yayılıb. İnsanlar məsələdən məlumatsız olduğu üçün bir sıra sosial media istifadəçilərinin geniş müzakirəsinə səbəb olmuşdu. Bu cür fikirlər abonentlərin proseslə bağlı kifayət qədər məlumatlı olmamasından irəli gəlir”.

Den.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Şöbə rəisi deyib ki, borulara hava vurulmasında məqsəd həmin qaz xətlərinin davamlılığını və möhkəmliyini yoxlamaqdır:

“Çünki qaynaq zamanı hissələr birləşdirilərkən borularda dəliklər ola bilər. Bu isə sonradan bir çox fəsadlara yol aça bilər. Ola bilər ki, borunun içərisində müəyyən qədər hava qalsın və s. İnsanlar bunu düzgün anlamalıdırlar”.

“Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov isə qeyd edib ki, bəzi hallarda təmir işləri aparan tikinti şirkətləri tərəfindən xətlər zədələnə bilir:

“Belə hallarda qaz borularına su dolur və ya vətəndaşların səhlənkarlığı ucbatından su xətləri qaz xətlərinə qarışıq. Bu halda qaz təchizatı dayandırılaraq, boruya yüksək təzyiqli hava vurulur ki, ora dolmuş su təmizlənsin. Qazın normal təzyiqi ilə suyu borudan xaric etmək mümkün olmur. Qaz xətti su ilə dolan zaman Birlik tərəfindən kompressor vasitəsi ilə xəttə müvafiq atmosfer təzyiqində hava vurmaqla suyu xətdən xaric edir. Qaz təchizatı bərpa edildikdən sonra isə hava soba, kombi və plitələr vasitəsilə çıxır. Digər hallarda isə bəli, qaz xəttinə hava vurulması cinayətdir və bu cinayətə heç kim gedə bilməz”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar