24 
iyn
2023
15:42
229

Abşeronda avtoxuliqanlıq edən sürücülər saxlanılıblar

24 iyn, 2023
15:42
229

Abşeronda avtoxuliqanlıq edən sürücülər saxlanılıblar - FOTO

Abşeron rayonunda yol hərəkəti qaydalarına əməl etməyən və narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər inzibati qaydada həbs ediliblər.
Den.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində hərəkətdə olan “Ravon” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan, VAZ-21150 markalı avtomobillə isə avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıblar.
“Ravon” markalı avtomobilin sürücüsü Mahir Abbasovun özünü qeyri-adekvat aparması şübhə doğurduğundan tibbi müayinədən keçirilib və onun narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən olunub.
VAZ-21150 markalı avtomobilin sürücüsü Şəmistan Mirişlinin isə nəqliyyat vasitələrini idarəetmə hüququnun olmadığı müəyyən edilib. O, idarəetmədən kənarlaşdırılıb, nəqliyyat vasitəsi onun iştirakı ilə mühafizə olunan duracağa yerləşdirilib.
Hər iki sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarları ilə Ş.Mirişli 15 sutka, M.Abbasov isə 30 sutka inzibati qaydada həbs ediliblər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar