26 
may
2023
15:07
175

Prezident Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmiri üçün vəsait ayırdı

26 may, 2023
15:07
175

Prezident Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmiri üçün vəsait ayırdı

Prezident İlham Əliyev “Zəngilan rayonunda Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.
Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 kilometr uzunluğunda mövcud Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar