25 
iyn
2023
18:08
323

Sumqayıtda 42 yaşlı qadını maşın vurub

25 iyn, 2023
18:08
323

Sumqayıtda 42 yaşlı qadını maşın vurub - FOTO

Sumqayıtda piyada vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

“Den.az” xəbər verir ki, hadisə şəhərin 17-ci mk-da Ucuz marketin qarşısında baş verib.

Bekə ki, şəhər sakini 1981-ci il təvəllüdlü Reyhanə Balayeva yolu keçərkən qarşı tərəfdən gələn avtomobil onu vurub. Qadın ağır kəllə beyin travması ilə, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Fakla bağlı araşdırma aparılır

Den.az 

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar