26 
iyn
2023
12:33
237

Əli Əliyevin partiyası fəaliyyətini dayandırdı

26 iyn, 2023
12:33
237

Əli Əliyevin partiyası fəaliyyətini dayandırdı

Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətini dayandırıb.

 Den.az xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.

Əli Əliyevin sədri olduğu VİP 2006-cı ilin mayın 28-də yaradılıb. Partiya 2023-cü ilin yanvar ayında təsdiqlənən “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dəyandırmaq haqqında qərar qəbul edib.

Qeyd edək ki, Ə. Əliyev 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. Partiya sədri əvvəlcə üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunduğu üçün 1 il müddətə azadlıqdan məhrum olunmuşdu. Daha sonra təcridxanada kamera yoldaşına xəsarət yetirdiyi üçün cəza müddəti 2026-cı ilə qədər uzadılmışdı. Prezident İlham Əliyevin sərəncamına əsasən Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Əli Əliyev mayın 8-də əfv olunmuşdu.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar