26 
iyn
2023
20:34
783

ARVADININ BAŞINI KƏSDİ, UŞAĞINI GÖTÜRÜB CƏLİLABADA QAÇDI

26 iyn, 2023
20:34
783

ARVADININ BAŞINI KƏSDİ, UŞAĞINI GÖTÜRÜB CƏLİLABADA QAÇDI -ÖLDÜRÜLƏN QADININ ANASI DANIŞDI VIDEO

Sumqayıtda baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. 

“Den.az” xəbər veri ki, hadisə şəhərin Gecə qondu məhəlləsi ev 419 da baş verib.

Öldürülən 36 yaşlı Leyla Muradovanın anası Zivər Səfiyeva Den.az-a bildirib ki, onların evində söz söhbət həmişə olub. Hətta bu yaxınlarda anası onu boşatdıracağını deyib. Qarşı tərəf isə qız anasını əmin edib ki, söz söhbət bir daha olmayacaq. Ancaq 4 il ərzində ər, Leyla Muradovaya olmayan işgəncələr verib. Hətta banklarda kredit götürərək qadını məcbur edirmiş ki, anan ödəsin. Ötən gün isə 36 yaşlı qadın artıq bezdiyini və həyat yoldaşı olan Balafər Muradovun hərəkətlərindən təngə gəldiyini deyib. Məlumata görə Balafər Muradov 4 illik həyat yoldaşının başını kəsdikdən sonra qızınıda götürərək Cəlilabada qaçıb. Sonra könüllü olaraq polisə təslim olub.

Den.az-ın çəkiliş qrupu hadisə yerində olub. Qətlə yetirilən qadının anasının və qardaşının açıqlamasını sizə təqdim edirik:

 -----------------------------------------------------------------------------------------------------------------------------------

Məlumat üçün bildirək ki, 26 uyun tarixində 36 yaşlı Leyla Muradovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan Den.az -a verilən məlumata görə, aparılmış araşdırma zamanı 1993-cü il təvəllüdlü Balafər Muradovun aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Muradovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Balafər Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq tədbirləri davam edir.

Den.az

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar