27 
iyn
2023
00:31
301

Xaçmazda ev sakinlərini öldürüb evi yandıran şəxs saxlanıldı

27 iyn, 2023
00:31
301

Xaçmazda ev sakinlərini öldürüb evi yandıran şəxs saxlanıldı

Cari ilin aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub. 
DİN-in mətbuat xidmətindən Den.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb. 
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlanılaraq istintaqa təhvil verilib. 
İlkin məlumata görə, cinayət hadisəsi pul mübahisəsi ilə bağlı olub. 
Araşdırmalar davam etdirilir.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar