27 
iyn
2023
02:11
222

Pakistan-Əfqanıstan sərhədi yaxınlığında toqquşma baş verib, ölənlər var

27 iyn, 2023
02:11
222

Pakistan-Əfqanıstan sərhədi yaxınlığında toqquşma baş verib, ölənlər var - FOTO

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının döyüşçüləri ilə Pakistan sərhədçiləri arasında toqquşma baş verib.
Den.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht-e Subh Daily” qəzeti Paktikadakı mənbələrə istinadən məlumat yayıb.
Qarşıdurmalar bazar günündən bazar ertəsinə keçən gecə başlayıb və günortaya qədər davam edib.
Mənbələrin məlumatına görə, toqquşmalar nəticəsində iki Taliban və beş pakistanlı sərhədçi ölüb, daha dörd Taliban üzvü yaralanıb.
Hadisənin səbəbi açıqlanmayıb. Taliban, eləcə də Pakistan tərəfi hələlik bu məlumatı şərh etməyib.
Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar