27 
iyn
2023
11:31
156

AzTV-nin əməkdaşlarına hücum etdilər - VİDEO

27 iyn, 2023
11:31
156

AzTV-nin əməkdaşlarına hücum etdilər - VİDEO

AzTV-nin "Həftə" verilişinin çəkiliş komandası Xəzər rayonunun Buzovna qəsəbəsinin çimərliyindən xüsusi reportaj hazırlayıb.

Den.az bildirir ki, QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, Buzovnadakı çimərliyin dəmir çəpərlərlə hasarlanması kəskin narazılıqla qarşılanıb.Hasarlanan ərazi sakinlərin rahat gediş-gəlişinə mane olur, insanların dənizə çıxışı olan yolu bağlayıb.

Çəkiliş edildiyini görən sahibkarlar çəkilişə müdaxilə etməyə cəhd göstərdilər. Hətta onlardan biri AzTV kameralarına "sizin rəhbərliyinizlə indi danışaram, problem yoxdur" - deməkdən belə çəkinməyib. Sakinlərin sözlərinə görə, həmin obyektlərin sənədi yoxdur və qeyri-qanuni yolla hasara alıblar. Obyekt sahibi isə bildirir ki, sənədləri var.Xəzər Rayon İcra Hakimiyyəti isə bu məsələyə və iddialara cavab verməyib.
[video=]

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar