26 
may
2023
16:48
169

Kürdəmir məktəbində bir sinifə şəhid Nəzər Əzizovun adı verilib

26 may, 2023
16:48
169

Kürdəmir məktəbində bir sinifə şəhid Nəzər Əzizovun adı verilib - FOTO












Kürdəmir Köhnəbazar kənd tam orta məktəbində sinif otqalrından birinə Vətən Müharibəsi şəhidi (XTQ) Xüsusi Təyinatlı Qüvvələrin giziri Nəzər Ağacəlil oğlu Əzizovun adı verilib.

DEN.AZ xəbər verir ki,tədbirdə Köhnəbazar kənd tam orta məktəbin rəhbərliyi,məktəblilər,şəhidin ailə üzvləri iştirak ediblər.Sinifin açılış mərasimdə əvvəlcə dövlət himni səslənib sonra torpaqlarımızın bütövlüyü uğrunda canının fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edənlər Xüsusi Təyinatlı Qüvvələrin giziri Nəzər Əzizovun necə igid, cəsur, vətənpərvər və eləcədə elə obaya bağlı oğul olduğu qeyd ediblər.Məktəblilərin ifasında şerlər və müxtəlif kompazisiyalar ifa olunub.Şəhidin anası Cəmafət Əzizova dövlətin onların ailəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlığını bildirib.Bildirilib ki,bu kimi tədbirlərin keçrilməsi eləcədə şəhid yad edilməsi gənclərdə və yeniyetmələrdə vətənpərvərlik hissinin oyanmasına səbəb olur.Qeyd edək ki, şəhid Nəzər Ağacəlil oğlu Əzizov 1991-ci ildə Bakı şəhərində anadan olub.Nəzər orta məktəbi bitirdikdən sonra 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb.O,2011 –ci ildə hərbi xidməti başa vurduqdan sonra gizirlik kursuna yazılır.Nəzər 2012-ci ildə gizirlik kursunu bitirdikdən sonra Ağdam rayonunda 2 ay xidmət edir.Sonra Nəzər Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmətə başlayır.O, 2016-ci ildə Aprel döyüşlərində də qəhrəmanlıqla iştirak edib.Xidməti dövründə Nəzər bir sıra fəxri fərman və medallarla təltif olunur.Ölkəmizdə 2-ci Qarabağ müharibəsində başalananda bütün igid cəsur azəri oğulları kimi oda cəbhəyə yollanır və düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv olunmasında əvəzsiz xidmətlə göstərir.Beləki, XTQ-nin giziri Nəzər Əzizov 2022-ci ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmənlə qisas əməliyyatını yerinə yetirərkən qəhrəmancasına həlak olur.Onun nəşi Kürdəmirə gətrilir və Şəhidlər Xiyabanında torpağa tapşırılır.Hazırda Nəzərin iki övladı bir qızı və bir oğlu vətənə əmanət qalıb.Şəhid Nəzər Əzizov ölümündən sonra ölkə başçısının sərəncamları ilə “Vətən uğrunda”Xocavəndin,Qubadlının,Suqovuşanın azad olunmasına görə ”Şücaətə görə” medalları və eləcədə 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif olunub.Allah rəhmət eləsin.

DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar