27 
iyn
2023
19:31
311

Azərbaycanda unun qiyməti kəskin ucuzlaşdı - Son qiymətlər

27 iyn, 2023
19:31
311

Azərbaycanda unun qiyməti kəskin ucuzlaşdı - Son qiymətlər

İyun ayının 1-dən sonra Azərbaycanda unun qiyməti 14%-ə yaxın ucuzlaşıb.
 
Den.az Yeniavaz.com-a istinadən xəbər verir ki, ayın 23-də açıqlanan sonuncu məlumata görə Azərbaycanda topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 27,2-29 manat arasında dəyişib.

50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə - 27,2 manata "Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə - 29,2 manata "Neon” Firması satıb.

Qeyd edək ki, bu ayın əvvəlində "Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 31,5 manata, "Neon” Firması isə 32,9 manata satıb.

Məlumat üçün qeyd edək ki, son 6 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 26%-dən və ya 10 manatdan çox ucuzlaşıb. Belə ki, ötən ilin dekabr ayının sonlarında Azərbaycanda 50 kiloqramlıq unun kisəsi 38-39 manata satılıb.

Lakin, onu da qeyd edək ki, son bir ay ərzində unun qiymətində 14% ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik müşahidə olunmur.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar