Xəbərin Kateqoriyası: Şou-Biznes

Emma: "Sevinməsinlər ki, boşanmışam"

Müğənni Emma Ələkbərzadə boşanması ilə bağlı gəzən söz-söhbətlərə cavab verib.

Den.az-ın məlumatına görə, ifaçı "APA TV"-nin "Show time" verilişinə açıqlamasında bildirib ki, o boşanmayıb:

"Həyat yoldaşımın adı Emil, soyadı Əliyevdir. David adında övladımız var. Çox xoşbəxtəm. Qoy sevinməsinlər ki, mən boşanmışam. Boşanmağa hazırlaşmıram. Mən diqqət etmişəm ki, sosial şəbəkədə oturan bəzi xanımlar bekarçılıqdan nəsə şayiə deyirlər. Məsələn mənim boş vaxtım yoxdur. Evdə bütün işlərimi özüm görürəm. Həmin sözləri yazan xanımlara demək istəyirəm ki, özünüzü yormayın, istəsəniz də boşanmayacağıq".
E.Ələkbərzadə daha sonra bildirib ki, həyat yoldaşı onun sənətinə dəstək olur:

"Yoldaşımın mənə qadağası yoxdur, ola da bilməz. Çünki mənim sənətimə hörmət eləyir. Özü baş aşpazdı, evə gec gəlir. Bu da işi ilə əlaqədardır".

Qeyd edək ki, E.Ələkbərzadə 2013-ci ildə ailə qurub.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız