28 
iyn
2023
22:50
213

Cəlilabadda güclü yanğın olub

28 iyn, 2023
22:50
213

Cəlilabadda güclü yanğın olub -30 hektar...FOTO

Cəlilabad rayonunda güclü yanğın baş verib.  

"Den.az"-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ağdaş kəndində bələdiyyəyə aid ərazidə qeydə alınıb.  Yanğın güclü olduğundan əraziyə Cəlilabad rayon yanğından mühafizə hissəsindən 3 avtomobil və Masallı rayon yanğından mühafizə hissəsindən 1 avtomobil cəlb olunub. Yanğın nəticəsində 30 hektar biçilmiş taxıl sahəsi və 30 hektar sahədə quru ot, kol-kos yanıb.  
Ətraf ərazilər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.


Tural Nəsirov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar