30 
iyn
2023
00:11
342

Bakı-Şamaxı-Qəbələ yolunda sürüşmə olub, sürücülər yolda qalıb

30 iyn, 2023
00:11
342

Bakı-Şamaxı-Qəbələ yolunda sürüşmə olub, sürücülər yolda qalıb - FOTO VİDEO


Muğanlı-İsmayıllı istiqamətində tikinti ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmələr qeydə alınıb.
Den.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə gecə saatlarında təmir işləri icra olunacaq. Bu səbəbdən Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
“Qeyd olunan müddət ərzində sürücülərə alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolundan (Ağsu aşırımı) istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə qurumdan bildirib.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar