iyl
2023
23:24
514

Sumqayıtda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub FOTO/VİDEO

1 iyl, 2023
23:24
514

Sumqayıtda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub FOTO/VİDEO

Suqmayıtda bir neçə avtomobilin toqquşması ilə nətiucələnən yol nəqliyyat hadisəsində ağır xəsarət alanların kimliyi məlum olub. 

“Den.az” xəbər verir ki, Qəza nəticəsində 1985-ci il təvəllüldü Mirzə Dadaşov ,1969-cu il təvəllüdü Nuridə Cabbarova, 1992-ci il təvəllüdlü Ləman Məmmədova ,1966-cı il təvəllüdlü Xaləddin Məmmədov , 2016-cı il təvəllüdlü 
Oktay Məmmədov, 1995-ci il təvəllüdlü Şəbnəm Quliyeva ağır xəsarətlərlə dərhal Sumqayıt şəhər TTYX-nin travmotologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Mirzə Dadaşov Prius markalı avtomobilin sürücüsüdür. 

Məlumat üçün bildirək ki, hadisə 11-ci mk-la 42- ci məhələnin kəsişməsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, qəzaya Prius markalı avtomobilin digər maşının qəfil qarşısına çıxması zamanı baş verib. Nəqliyyat vaistələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çırpılıb. Hadisə yerinə FHN-nin xilasedicləri, DYP şöbəsinin və TTYX-nin əməkdaşları cəlb olunub.

Qəza zamanı 6 nəfər  ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır

Den.az

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar