iyl
2023
00:13
147

“Leopard” tanklarına görə Berlin və Varşava arasında qalmaqal yaranıb

3 iyl, 2023
00:13
147

“Leopard” tanklarına görə Berlin və Varşava arasında qalmaqal yaranıb

Berlin və Varşava arasında Polşada Ukraynaya təhvil verilmiş “Leopard” tanklarının təmiri ilə bağlı qalmaqal yaranıb.
Polşanın müdafiə konserni ilə alman tank istehsalçıları arasında müqavilə hələ bağlanmasa da, bir neçə maşın təmir üçün Polşaya çatdırılıb.
Polşanın müdafiə konserni “Polska Grupa Zbrojeniowa” (PGZ) ilə Almaniyanın “Krauss-Maffei Wegmann” və “Rheinmetall” şirkətləri arasında hələlik müqavilə imzalanmasa, Almaniya tərəfi hesab edir ki, onların Polşa ilə razılığa gəlmək ehtimalı azdır.
“Artıq bir neçə aydır ki, Polşa hökuməti Berlinə qarşı real kampaniya aparır. Almaniya hökumətinə qarşı çıxmaq fürsətini demək olar ki, əldən vermir. Döyüş tanklarının çatdırılmasından əvvəl Varşava açıq şəkildə Berlini tankların çatdırılmasında xüsusi gecikmədə ittiham edib. Ona görə də açıq-aydın görünür ki, tank məsələsi ilə bağlı mübahisələr həm də siyasi motivlidir”, - deyə Almaniya mediası yazır.
Münaqişənin əsas səbəbi kimi işin qiymətindəki fərq göstərilir. PGZ tankların “ilkin diaqnostikası” üçün 100 min avro almaq istəyir, Almaniyada isə bu, adətən 12 min avroya başa gəlir.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar