iyl
2023
00:48
324

Rusiyada itən beş yaşlı qızın meyiti tapılıb - FOTO

3 iyl, 2023
00:48
324

Rusiyada itən beş yaşlı qızın meyiti tapılıb - FOTO

Rusiyanın İstintaq Komitəsinin Orenburq vilayəti üzrə mətbuat xidməti bildirib ki, Soroçinsk polisi iyunun 30-da itkin düşmüş beş yaşlı qızı tapıb.
Məlumata görə, uşağın meyitində zorakılıqla ölüm izləri aşkar edilməyib.
Onun ölümü ilə bağlı araşdırma aparılır.
Cəsəd Samara çayının sahilinə yaxın suyun səthində aşkar edilib.
İstintaq Komitəsinin məlumatında deyilir ki, müstəntiqlər və kriminal ekspertlər hadisə yerində işləyir, insidentin baş vermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirirlər.
Faktla bağlı köməksiz vəziyyətdə olan azyaşlının qətlə yetirilməsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi) ilə cinayət işi başlanıb.
Mənbə: news.ru

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar