iyl
2023
09:53
190

Hacıqabulda tanışı ilə əlbir olan şəxs qonşusunun həyətindən avtomobil ehtiyat hissələri və su matorları oğurlayıb-FOTO/VİDEO

4 iyl, 2023
09:53
190

Hacıqabulda tanışı ilə əlbir olan şəxs qonşusunun həyətindən avtomobil ehtiyat hissələri və su matorları oğurlayıb-FOTO/VİDEO

Hacıqabul rayonunda oğurluq olub

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Den.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edən rayon sakini, əvvəllər məhkum olunmuş Vəli Zayidov saxlanılıb.

İlkin dindirilmə zamanı V.Zayidov cinayət əməlini etiraf edərək qeyd edilən oğurluq faktını tanışı İbrahim Şirinov ilə birlikdə törətdiyini bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, qabaqcadan əlbir olan tanışlar zərərçəkənə məxsus ünvana qanunsuz daxil olaraq oradan dəmir borular və digər tikinti materialları, avtomobil ehtiyat hissələri və 3 ədəd su matoru oğurlamaqla zərərçəkmişə 4600 manat maddi ziyan vurublar. 
Oğurluq hadisəsində iştirak edən İ.Şirinovda müəyyən edilərək istintaqa cəlb olunub. Qanunsuz yolla əldə olunan "qənimətlərin" bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar