iyl
2023
18:15
240

Hacı Şahinə məzar daşı niyə qoyulmur?

4 iyl, 2023
18:15
240

Hacı Şahinə məzar daşı niyə qoyulmur?

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin mərhum imamı Hacı Şahin Həsənlinin məzar daşı hələ də hazır deyil.

Den.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İslam adətlərinə görə, şəxs vəfat etdikdən 40 gün sonra qəbirüstü abidəsi qoyulsa da, Hacı Şahinin qəfil vəfatından 4 ay keçməsinə baxmayaraq, məzarı başında heç bir hazırlıq işi görülmür.


Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Səlahiyyətli din xadimlərindən biri isə bu barədə danışmaq istəmədiyini bildirdi.

Qeyd edək ki, iyulun 7-si Hacı Şahinin 49 yaşı olacaq və sevənləri də qəbirüstü abidənin məhz ad gününə hazır olacağına ümid edirdilər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar