iyl
2023
18:24
171

Kürdəmirdə bələdiyyə sədri məhkəmə binasında vəfat edib

4 iyl, 2023
18:24
171

Kürdəmirdə bələdiyyə sədri məhkəmə binasında vəfat edib

Kürdəmirdə bələdiyyə sədri məhkəmə binasında vəfat edib.
Den.az xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayonun Karrar kənd bələdiyyəsinin sədri Cəfərov Sahib rayon məhkəməsinin inzibati binasına daxil olarkən halı pisləşib və o yıxılaraq huşunu itirib. Ətrafdakı insanlar onu xəstəxanaya çatdırmaq istəsələr də, Cəfərov Sahib ürəktutmasından dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, Sahib Cəfərov bir müddət əvvəl ürəyindən əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar