iyl
2023
22:13
579

İrandakı Səfirliyimizə edilən hücumda qəhrəmana çevrilən Vasifdən xəbər var

6 iyl, 2023
22:13
579

İrandakı Səfirliyimizə edilən hücumda qəhrəmana çevrilən Vasifdən xəbər var -ANASI AÇIQLADI

Azərbaycanın İrandakı Səfirliyinə edilən terror aktı zamanı cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev İyulun 7-də əməliyyat olunacaq.

Bu barədə “Den.az” saytına Vasifin anası Təranə Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, Vasif Tehranda terrorçunu zərərsizləşdirərkən iki güllə yarası almışdı. Biri çiyin nahiyəsindən , digəri isə çənə sümüyündən dəyərək üzündən çıxmışdı. Hadisə zamanı çənə sümüyü tamamiylə qırılmışdı. Həkimlər çənəsinə dəmir platin yerləşdirərək, müvəqqəti əməliyyat olunmuşdu. İndi həmin dəmir ona əziyyət verir, çənəsi çirk edir. 6 aydır müalicəsi heç bir nəticə vermir. Artıq əməliyyat olunacaq. Həkimlər onlara bildiriblər ki, əməliyyat zamanı çənədə olan yad cisimlər təmizlənəcək. Əgər məsləhət olunacaqsa, çənə sümüyünə yerləşdirilən dəmir aradan qaldırılacaq. Bu olduqca ağır əməliyyatdır deyə- Vasifin anası bildirib.

Ailə, bu günə kimi onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Əslən Şuşadan olan Tağıyev Vasif Natiq oğlu ailəlidir, onun iki qız, bir oğlan olmaqla üç övladı var. Vasif Tağıyev 1989-cu ildə Şuşa şəhərində anadan olub, orada qeydiyyatdadır, məcburi köçkün kimi qeydiyyatdadır. Bir bacısı, bir qardaşı var. Anası hal-hazırda həkimdir, atası təqaüddədir. Vasif Tağıyev göstərdiyi qəhrəmanlığa görə "Rəşadət" ordeni ilə təltif olunub.

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb.




Den.az 

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar